Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev xanımı ilə birlikdə Türkiyəyə rəsmi səfərə gəlib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Mirziyoyevin ofisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, qonaqları "Esenboğa" hava limanında Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və digər rəsmi şəxslər qarşılayıb.

Şavkat Mirziyoyevin Türkiyədə bir sıra görüşlər keçirməsi gözlənilir. Əlavə məlumat verilməyib.