2022-ci il üzrə doğumu qeydə alınmış 122 min 846 nəfərdən 64 min 940-ı oğlan, 57 min 906- sı isə qızdır.  

İqtisadiyyat.az xəbər verir ki, bu statistika oktyabrın 25-də Milli Məclisdə müzakirə edilən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə hesabatında əksini tapıb.  

Bildirilib ki, cinslər arasındakı fərq 7 min 34 nəfərdir. Cins nisbəti hər 100 qıza 112 oğlan təşkil edir.  Ətraflı