Türkiyənin təbii qaz idxalı ötən il 7,64% azalaraq 50,48 milyard kubmetrə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) illik təbii qaz sektoru hesabatında deyilir.

Məlumata görə, Türkiyənin keçən il idxal etdiyi təbii qazın 36,21 milyard kubmetri boru kəmərləri vasitəsilə alınıb.

Təbii qaz idxalında Rusiya 42,27% payla birinci, Azərbaycan 20,32% payla ikinci, Əlcəzair isə 11,86% pay ilə üçüncü yerdədir.

 

Gözəl Həşimova