2018-ci ilin sonuna olan məlumata görə, göz və gözün əlavə aparatının xəstəlikləri  üzrə müalicə-profilaktika müəssisələrində  qeydiyyatda olan xəstələrin sayı 78529 nəfər olub. 

Dövlət Statistika Komitəsindən bildirilib ki, onlardan 40534 nəfəri kişi, 37995 nəfəri qadın, 28234 nəfəri isə uşaqdır.

Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, görmə orqanlarında 37181 əməliyyat aparılıb. Əməliyyatlardan 730-u qlaukoma, 10487-si katarakta (mirvari suyu), 52-si enukleasiya ilə əlaqədar olub.

Məlumata əsasən, gözün buynuz qişasının  transplantasiyası üzrə 12 əməliyyat həyata keçirilib.