Ötən il 1 yaşadək uşaqlar arasında 959 ölüm halı qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsindən verilən bildirilib.

Qeyd edilib ki, hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayına və körpə ölümünə dair statistik məlumatlar illik dövrlüklə əldə edilir: "2022-ci ildə ölkə üzrə hamiləlik, doğuş və zahılıq dövründə ölən anaların sayı 18, 1 yaşadək ölən uşaqların sayı isə 959 nəfər olub".