Naxçıvan Muxtar Respublikasında məşhur inşaat şirkəti olan "Çobanoğlu" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə verilib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Muxtar Respublikanın Kommersiya Məhkəməsinə müraciət olunub.

Belə ki, "Azerfon" sözügedən şirkətlə bağlı məhkəməyə ərizə ilə müraciət edib.

İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - sair öhdəliklər üzrə mübahisələrdir.

Qeyd edək ki, "Çobanoğlu" MMC 2006-cı ildə yaradılıb. Şirkətin qanuni təmsilçisi Məmmədov Əmir Əli oğludur. O, ötən ay tikintidə yol verdiyi nöqsanlara görə həbs edilib.