Sülhsevər qüvvələr Avropa Parlamentinə seçkilərdə və ABŞ prezident seçkilərində qalib gəlsələr, Ukraynada münaqişənin həllinə ümid etmək mümkün olacaq. 

İqtisadiyyat.az xəbər verir ki, bu fikri Macarıstanın Baş naziri Viktor Orban jurnalistlərlə söhbətində deyib.

O, bütün Aİ ölkələrində keçirilən hazırkı Avropa Parlamenti seçkilərinin əsas mövzusunun müharibə və sülh məsələsi olduğunu izah edib. Baş nazir xatırladıb ki, noyabrda ABŞ-də prezident seçkiləri keçiriləcək. "Bu, ikinci addımdır. İlk addım Avropa Parlamentinə seçkilərdir".

Orban vurğulayıb ki, Avropa və ABŞ-də keçirilən seçkilərdə qələbə sülhsevər insanlara nəsib olarsa, Ukraynada sülh bərqərar ola bilər.