Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) avqust ayında neft hasilatı iyul ayı ilə müqayisədə gündəlik 113 min barel artaraq 27 milyon 450 min barelə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir.

Hesabata görə, hasilatın ən yüksək artımı İran, Nigeriya və İraqda müşahidə olunub. Gündəlik neft hasilatı İranda 143 min barel, Nigeriyada 98 min barel, İraqda 38 min barel artıb. Qrupun ən böyük istehsalçısı olan Səudiyyə Ərəbistanında neft tədarükü ötən ay gündəlik 88 min barel, Anqolada 60 min barel, Venesuelada isə 42 min barel azalıb.

Avqustda OPEC-in xam neft hasilatının qlobal istehsalda payı 27,2 faizə yüksəlib.

 

Gözəl Həşimova