Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda bu il üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu artırıb, gələn il üçün isə azaldıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir.

Hesabata görə, bu il ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 700 min barel olacaq. Bu da əvvəlki proqnozla müqayisədə 10 min barel azdır.

Gələn il isə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 20 min azalaraq barel 0,7 milyon barel olacağı gözlənilir.

 

Gözəl Həşimova