Azərbaycan bu ilin yanvar-avqust aylarında 17 milyard 391 milyon kubmetr həcmində təbii qaz ixrac edib.

İqtisadiyyat.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu dövrdə Azərbaycandan ixrac edilən təbii qazın dəyəri isə 10,4 milyard ABŞ dolları təşkil edib. Hesabat dövründə Azərbaycandan ixrac edilən təbii qazın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1,1%, dəyəri isə 134 milyon dollar çoxdur.

Əlavə edək ki, Azərbaycanın ümumi ixracında təbii qazın payı 42,92% olub.

 

Gözəl Həşimova