Azərbaycan bu ilin yanvar-iyul aylarında 124.1 milyon dollar dəyərində 111.8 min ton pomidor ixrac edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə pomidor ixracı dəyər ifadəsində 9,9 milyon dollar azalıb.

Əlavə edək ki, ötən ilin yanvar-iyul aylarında Azərbaycandan 134.1 milyon dollar dəyərində 112,2 min ton pomidor ixrac edilib.