Azərbaycan bu ilin yanvar-iyul aylarında 35,7 milyon dollar dəyərində 136 min ton azot gübrəsi ixrac edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 86,2 milyon dollar və ya 70,6% azdır.

Məlumata görə, azot gübrəsinin ixracı miqdar baxımından illik müqayisədə 32,3% azdır.