Azərbaycanda bu ilin yanvar-iyun aylarında quş əti də daxil olmaqla diri çəkidə 285,4 min ton ət, 1122,9 min ton süd və 1107,4 milyon ədəd yumurta istehsal edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,1%, süd istehsalı 2,7% və yumurta istehsalı 12% artıb.

 

Gözəl Həşimova