"Son illərdə vərəmlə xəstələnmə dinamikasında müsbət dəyişiklər müşahidə olunur".

İqtisadiyyat.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Bakıda ilk dəfə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2005-ci ildə vərəmlə xəstələnmə hər 100 min nəfər üçün 43,7 idisə, hazırda bu rəqəm 25,3-ə qədər azalıb.