Bu ilin 8 ayında Azərbaycanda 20,3 mln. ton neft və qaz kondensatı hasilatı edilib, bunda 17 mln. tonu ixrac olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Bu ilin 8 ayında operativ məlumatlara əsasən neft-kondensat hasilatı 20,3 mln. ton, ixracı isə 17 mln. ton olub. Bu dövrdə 5% artımla hasil edilmiş 32,2 mlrd. m3 qazın 15,8 mlrd. m3-i ixrac olunub”, - paylaşımda qeyd olunur.