Azərbaycan Mərkəzi Bankında (AMB) mikrokreditlərin verilməsinin sadələşdirilməsi barədə müzakirələr aparılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun tviter hesabında bildirilir.

Məlumatda deyilir ki, AMB-də "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin nəzdindəki Ekspert Qrupları ilə görüş keçirilib. Görüşdə Banklararası Kart Mərkəzinin inkişaf hədəfləri, bank-fintex mühitinin tənzimlənməsi, mikrokreditlərin verilməsinin sadələşdirilməsi, məsafədən bank hesabının açılması, kiber risklərlə bağlı tənzimlənmə çərçivəsinin təkmilləşdirilməsi və digər məsələlər müzakirə edilib, sadalanan sahələrin hüquqi tənzimlənməsi istiqamətində ətraflı fikir mübadiləsi aparılıb.