Bu ilin II rübündə Azərbaycan banklarında ipoteka kreditlərinə tələb 23 % artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilib.

Məlumata görə, II rübdə bankların daxili ipoteka kreditlərinə tələb 2 %, İpoteka Kredit və Zəmanət Fondunun (İKZF) kreditlərinə tələb isə 19 % artıb.

Həmçinin Azərbaycan bankları bu ilin III rübündə ipoteka kreditlərinə tələbin 23 %, o cümlədən daxili ipoteka kreditlərinə tələbin 8 %, İKZF-in kreditlərinə tələbin isə 27 % artacağını gözləyir.