Azərbaycanda bu ilin yanvar-iyun aylarında kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 1016,3 milyon manatlıq məhsul istehsal edilib.

İqtisadiyyat.az bu barədə Dövlət Statistika Komistəsinin hesabatına istinadən xəbər verir.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə rezin və plastik kütlə məmulatlarının istehsalı 16%, kimya sənayesi məhsullarının istehsalı 3,1% artıb, əczaçılıq məhsullarının istehsalı isə 27,3% azalıb.

 

Gözəl Həşimova