Azərbaycanda bu ilin yanvar-avqust aylarında neft məhsullarının istehsalının dəyəri 2974,1 milyon manat təşkil edib. Bu da 2022-ci ilin eyni ayları ilə müqayisədə 13% çoxdur.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Hesabat dövründə neft məhsullarının sürtkü yağlarının istehsalı 70,9%, neft koksunun istehsalı 37,8%, avtomobil benzininin istehsalı 21,3%, qazoylların (dizel yanacağının) istehsalı 22,4% artıb, neft bitumu istehsalı 33,4%, mazut istehsalı isə 92,3% azalıb.

 

Gözəl Həşimova