Azərbaycanda bu ilin yanvar-iyul aylarında neft məhsullarının istehsalının dəyəri 2598,2 milyon manat təşkil edib. Bu da 2022-ci ilin eyni ayları ilə müqayisədə 15,9% çoxdur.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Hesabat dövründə neft məhsullarının sürtkü yağlarının istehsalı 63,1%, neft koksunun istehsalı 46,3%, avtomobil benzininin istehsalı 29,8%, qazoylların (dizel yanacağının) istehsalı 25,5% artıb, neft bitumu istehsalı 39,7%, mazut istehsalı isə 94% azalıb.

 

Gözəl Həşimova