Bu ilin yanvar-may aylarında Azərbaycanda 12,4 milyon ədəd tibbi maska istehsal edilib.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 dəfə çoxdur.

İyunun 1-nə ölkədə 2,8 milyon ədəd maska ehtiyatı olub.