Bu ilin 8 ayında operativ məlumatlara əsasən neft-kondensat hasilatı 20.3 milyon ton, ixracı isə 17 milyon ton olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X"də bildirib.

Bu dövrdə 5% artımla hasil edilmiş 32.2 milyard kubmetr qazın 15.8 milyard kubmetri ixrac olunub.