Bu ilin yanvar-sentyabr ayları üzrə elektrik enerjisinin ixracı 1 841,8 mln. kVt-saat saat təşkil edib ki, bu da illik müqayisədə 2,3% çoxdur.

Bu barədə İqtisadiyyat.az-a Energetika Nazirliyinə istinadən xəbər verir.

Qeyd etmək lazımdır ki, 2022-ci ilin müvafiq dövründə Azərbaycan 1,8 mlrd. kVt-sat elektrik enerjisi ixrac edib.

Nazirliyin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 179,6 mln. kVt-saat elektrik enerjisi idxal edib, bu da illik müqayisədə 71,2% çoxdur.

Belə ki, ötən ilin 9 ayında elektrik enerjisinin idxalı 104,9 mln. kVt-saat təşkil edib.

Məlumata əsasən, 2023-cü ilin yanvar-sentyabr ayları respublikada elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,2 mln. kVt-saat, yəni 0,13 % artaraq 21 538,6 mln. kVt-saat olub.