Nyu-Yorkda iki böyük səhiyyə müəssisəsində çalışan 7 mindən çox tibb bacısı və tibb işçisi 3 günlük tətilini dayandırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Nyu York Ştat Tibb Bacıları Assosiasiyası (NYSNA) açıqlama yayıb.

Açıqlamada Manhettendə Sinay dağı və Bronksdakı Montefiore Tibb Mərkəzi ilə "müvəqqəti" razılaşmaların əldə edildiyi bildirilib.

Montefiore, təcili yardım şöbələrində daha çox tibb bacısı işə götürməklə yanaşı, 3 il ərzində 19 faiz maaş artımına razılaşdığı açıqlanıb.

Qeyd edək ki, 7000-dən çox tibb bacısı və tibb işçisi kadr çatışmazlığı, təhlükəli iş şəraiti və aşağı maaş səbəbindən 3 gün tətil etmişdi.