Azərbaycanın mərkəzi hakimiyyəti növbəti tibbi yardım briqadasını Xankəndinə yola salıb.

İqtisadiyyat.az xəbər verir ki, bu gün 5 təcili tibbi yardım avtomobili həkim heyəti ilə birgə təcili tibbi yardım və müayinə işinin təşkili məqsədilə Xankəndinə göndərilib.

Təcili Tibbi Yardım briqadası Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.