Dünyanın aparıcı dövlət sərvət fondlarından biri olan Norveç Sərvət Fondunun bu ilin ilk yarısında əldə etdiyi mənfəət açıqlanıb. 

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, Fond mənfəətində texnologiya şirkətlərinə yatırılan investisiyaların təsirli olduğu qeyd edilib.

Fonddan verilən açıqlamaya görə, sözügedən dövr ərzində "Apple", "Microsoft" və "Nvidia" kimi texnologiya şirkətlərinə 1,4 trilyon dollar sərmayə qoyulub.  

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi və qlobal bazarlarda hökm sürən yüksək inflyasiya nəticəsində Norveç Sərvət Fondu ötən il 1 trilyon 637 milyard Norveç kron (164,4 milyard dollar) investisiya itkisi ilə üzləşmişdi.

Gülşən Şərif