Norveç hərbçiləri "F-35A Strike Fighter"i magistral yola endirməklə bir ilkə imza atıb. Təyyarəyə yanacaq doldurulub.

İqtisadiyyat.az xəbər verir ki, Norveç bu taktika ilə təyyarələrin döyüş qabiliyyətini artırmağı və əsas bazaların zəifliyini azaltmaqla düşmənlərin qırıcıları hədəf almasını çətinləşdirməyi hədəfləyir.

Norveç Kral Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Rolf Folland bu hadisənin Norveç üçün əhəmiyyətli olduğunu ifadə edib: "Bu, təkcə Norveç Hərbi Hava Qüvvələri üçün deyil, Skandinaviya ölkələri və NATO üçün də dönüş nöqtəsidir. Döyüş təyyarələri həssasdır. İndi magistral yollardan istifadə edərək müharibədə sağ qalma qabiliyyətimizi artıra bilərik".