Rusiya Müdafiə Nazirliyi Norveç ordusuna məxsus P-3S Orion tipli döyüş təyyarəsinin Barents dənizi üzərindən Rusiya sərhədinə yaxınlaşması zamanı Rusiyanın MiQ-31 qırıcı təyyarəsinin havaya qalxdığını bildirib.


İqtisadiyyat.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, Rusiya hava məkanına nəzarət edən maşınlar Barents dənizi hövzəsində Rusiya sərhədinə yaxınlaşan bir təyyarə aşkarlayıb.

Şimal Donanmasına aid MiQ-31 döyüş təyyarəsinin təyyarəni müəyyən etmək və Rusiya sərhədinin pozulmasının qarşısını almaq üçün dərhal havaya qalxdığını qeyd edən nazirlik, Rusiya ekipajının təyyarənin P-3S Orion tipli döyüş təyyarəsi olduğunu müəyyən etdiyini bildirib. 

Nazirlik bəyan edib ki, Rusiya ekipajının peşəkar hərəkətləri nəticəsində Norveç təyyarəsinin manevrləri nəzarətə götürülüb və təyyarə Rusiya sərhədinin əks istiqamətinə doğru hərəkət etdikdən sonra MiQ-31 aviabazaya qayıdıb.

Bəyanatda vurğulanıb ki, Rusiya sərhədinin pozulmasına icazə verilmir.