Nigeriyada dövlət xəstəxanalarının həkimləri maaşlarını ala bilmədikləri üçün müddətsiz tətilə başlayıblar.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, tələbləri arasında bütün yığılmış maaşların dərhal ödənilməsi və iş riski müavinətinin alınması üçün aksiyaya davam edəcəklər.

Etirazçıların əsasını dövlət həkimləri təşkil edir, buna görə də onların tətilləri dövlət xəstəxanalarında səhiyyə xidmətlərini çox vaxt ciddi şəkildə pozur.

Qeyd edək ki, Nigeriyadakı pis şərait və maaş çatışmazlığı səbəbindən hər həftə ən azı 50 həkim xaricdə işləmək üçün ölkəsini tərk edir.