Ordunun son iki həftə ərzində Nigeriyanın şimal-şərqində keçirdiyi əməliyyatlarda terror təşkilatı "Boko Haram"ın 151 üzvü zərərsizləşdirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Nigeriya Müdafiə Nazirliyinin Media Əməliyyatları Direktoru Edvard Buba bildirib.

Onun sözlərinə görə, ordu son iki həftə ərzində ölkənin şimal-şərqində Adamava, Borno və Yobe əyalətlərində "Boko Haram"a qarşı əməliyyatlar keçirib.

Əməliyyatlarda 151 terrorçunun öldürüldüyü, onlarla terrorçunun isə yaralandığı açıqlanıb. Eyni zamanda, terrorçulara məxsus xeyli miqdarda sursat da ələ keçirilib.

 

Gözəl Həşimova