Nigerdə ​​prezident Mohamed Bazoum hərbi çevrilişlə devrildikdən sonra çevriliş tərəfdarları küçələrə axışıb.

İqtisadiyyat.az xəbər verir ki, dövlət çevrilişi tərəfdarları paytaxt Niamey və Dossoda nümayiş keçirib.

Niameydə Milli Assambleyanın ətrafına toplaşan yüzlərlə insan "Fransa çıxsın" və "Yaşasın Niger ordusu" şüarları səsləndirib.

Dossoda toplaşan qrup fransız əsgərlərinin dərhal ölkəni tərk etmələrini tələb edib. Hər iki nümayişdə fəalların Rusiya bayraqları daşımaları diqqət çəkib.

Digər tərəfdən, Niameydə toplaşan nümayişçilər Bazoumun partiyası olan "Niger Demokratiya və Sosializm Partiyası (PNDS-TARAYA)"nın qərargahını yandırıblar.