ABŞ-də xam neft ehtiyatlarının artması və dollar indeksinin yüksəlməsindən sonra neft qiymətləri ucuzlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin dekabr müqaviləsində bir barelin qiyməti 28 sent və ya 0,3% ucuzlaşaraq 89,95 ABŞ dolları olub.

“WTI" markalı neftin dekabr müqaviləsində bir barelin dəyəri isə 18 sent və ya 0,2% azalaraq 85,21 ABŞ dollarına enib.

 

Gözəl Həşimova