Dünyanın ikinci və üçüncü ən böyük xam neft istehsalçıları olan Səudiyyə Ərəbistanı və Rusiyanın gələn aya qədər hasilatı azaltmaq qərarları neft qiymətlərini ucuzlaşdırıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin oktyabr müqaviləsində bir barelin qiyməti 10 sent və ya 0,1% ucuzlaşaraq 86,14 ABŞ dolları olub.

"WTI" markalı neftin sentyabr müqaviləsində bir barelin dəyəri isə 9 sent və ya 0,1% azalaraq 82,73 ABŞ dollarına enib.

 

Gözəl Həşimova