ABŞ və Avropa Mərkəzi Banklarının faiz dərəcələrini endirəcəyinə dair gözləntilər nefti bahalaşdırıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin noyabr müqaviləsində bir barelin qiyməti 28 sent bahalaşaraq 90,92 ABŞ dolları olub.

"WTI" markalı neftin oktyabr müqaviləsində bir barelin dəyəri isə 35 sent artaraq 87,64 ABŞ dollarına çatıb.

 

Gözəl Həşimova