ABŞ-nin strateji neft ehtiyatlarını artırmaq səyləri qiymətləri bahalaşdırıb.
İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin fevral müqaviləsində bir barelin qiyməti 0,6% və ya 48 sent bahalaşaraq 76,32 ABŞ dolları olub.
“WTI" markalı neftin yanvar müqaviləsində bir barelin dəyəri isə 0,5% və ya 38 sent artaraq 71,61 ABŞ dolları təşkil edib.
Gözəl Həşimova