İsrail və Qəzzadakı gərginliyin qlobal xam neft tədarükünü pozacağına dair gözləntilər neft qiymətlərini bahalaşdırıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin dekabr müqaviləsində bir barelin qiyməti 2,55 dollar və ya 2,9% bahalaşaraq 90,48 ABŞ dolları olub.

“WTI" markalı neftin dekabr müqaviləsində bir barelin dəyəri isə 2,33 dollar və ya 2,8% artaraq 85,54 ABŞ dollarına çatıb.

 

Gözəl Həşimova