"Francine" qasırğasının dünyanın ən böyük xam neft istehsalçısı olan ABŞ-də hasilata təsir göstərməsi ilə bağlı narahatlıqlar fonunda neft qiymətləri bahalaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin noyabr müqaviləsində bir barelin qiyməti 40 sent və ya 0,6% bahalaşaraq 71,01 dollar olub.

"WTI" markalı neftin oktyabr müqaviləsində bir barelin dəyəri isə 32 sent və ya 0,5% artaraq 67,63 dollar olub.

 

Gözəl Həşimova