Qlobal makroiqtisadi narahatlıqlar fonunda neft qiymətləri bahalaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin noyabr müqaviləsində bir barelin qiyməti 17 sent və ya 0,2% bahalaşaraq 92,23 ABŞ dolları olub.

"WTI" markalı neftin oktyabr müqaviləsində bir barelin dəyəri isə 21 sent və ya 0,2% artaraq 89,05 ABŞ dollarına çatıb.

 

Gözəl Həşimova