Ekologiya və Təbii Sərvətlər Nazirliyinin koronavirusa yoluxan əməkdaşlarının sayı məlum olub. 

Qurumun mətbuat katibi İradə İbrahimova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, nazirliyin 12 nəfər əməkdaşı COVID-19-a yoluxub. 

“Onlardan altı nəfər artıq sağalıb. Altı əməkdaşımız sosial izolyasiya rejimində müalicələrini davam etdirirlər”.

Qeyd edək ki, bir müddət əvvəl nazirliyin səkkiz əməkdaşında koronavirus aşkarlanmışdı.