Son dövrdə qızılcaya yoluxma qeydə alınmayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib. Qeyd edilib ki, mövsümlə əlaqədar olaraq suçiçəyinə yoluxma yüksəlib:

"Mövsüm sona çatdığı üçün suçiçəyinə də yoluxma artıq müşahidə olunmur".

Qeyd edək ki, son günlərdə əhali arasında qızılca və suçiçəyinə yoluxmanın artması ilə bağlı məlumat yayılıb.