Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin reytinq cədvəlini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bədii gimnast Zöhrə Ağamirova birinci pillədə qərarlaşıb.

Bədii gimnastika üzrə qrup hərəkətləri komandası ikinci, cüdoçu Zelim Kotsoyev üçüncü olub.

İdman gimnastı Nikita Simonov, stend atıcılığı üzrə MİX komanda, Hidayət Heydərov, Gültac Məmmədəliyeva, Leyla Əliyeva, Yaşar Nəcəfov (hamısı cüdo) və Ruslan Lunyov (güllə atıcılığı) növbəti sıralarda yer alıb.