“Ekologiya və Təbii Sərvətlər Nazirliyində əcnəbi turistlərin hərəkətləri ilə bağlı vəzifə səhlənkarlığına yol verən əməkdaşlarımızla bağlı işçi qrup yaradılıb”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov bildirib.

Onun sözlərinə görə, artıq xidməti araşdırmalar başlanılıb:

“Hər hansı bir əməkdaşın qanun pozuntusuna yol verdiyi aşkar olunarsa, onlarla barəsində ciddi tədbirlər görüləcək, ölçü götürüləcək və bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.