“Səhiyyə naziri Oqtay Şirəliyevin sağlamlığında heşç bir problem yoxdur, öz işinin başındadır”. 

Bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Oqtay Şirəliyev  ölkədəki pandemiya ilə mübarizədə aktiv iştirak edir. O, ictimaiyyət qarşısına çıxır və televiziya verilişlərinə çıxır. Səhiyyə nazirliyi ilə ictimaiyyət arasında əlaqə mövcuddur”, o bildirib.