Biləsuvar Rayon Polis Şöbəsində (RPŞ) yeni kadr təyinatı olub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Elşən Mustafayev Biləsuvar RPŞ-nin rəis müavini vəzifəsinə təyin olunub. 

Qeyd edək ki, E.Mustafayev indiyədək RPŞ-də aşağı vəzifələrdə çalışıb.