"Türkiyədə baş verən zəlzələdən sonra xilasedicilərimiz gecə-gündüz, 24 saat fasiləsiz xilasetmə əməliyyatları həyata keçirib".
İqtisadiyyat.az xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev “Seysmologiya və mühəndis seysmologiyası” mövzusunda keçirilən VII Beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 780 insan cəsədi, 53 sağ insan çıxarılıb:
"Üç mindən artıq insana tibbi, 20 mindən çox insana isə qida yardımı edilib".