İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi monitorinq və hesabatlıq portalı, o cümlədən, “Metodoloji çərçivə” hazırlayıb.

İqtisadiyyat.az xəbər verir ki, Nazirlər Kabinetinin sifarişinə əsasən hazırlanmış portalı bu gün İİTKM-in icraçı direktoru Vüsal Qasımlı təqdim edib.

Təqdimat Nazirlər Kabinetində Dövlət Proqramı ilə bağlı keçirilmiş iclasda baş tutub. İcraçı direktor monitorinq və qiymətləndirilmənin aparılması qaydaları haqqında məlumat verib, qeyd edib ki, aidiyyəti qurumların portalda yerləşdirdiyi məlumatlara əsasən monitorinq və qiymətləndirmələr aparılaraq nəticələri hökumətə təqdim olunacaq.