Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının tərkibi təsdiq edilib.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb.

Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası 7 nəfərdən ibarət aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri

Kollegiyanın üzvləri

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavinləri

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Aparatının rəhbəri

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Naxçıvan Regional Bölməsinin rəisi

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Babək Regional Bölməsinin rəisi

Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin İdarə Heyətinin sədri.