Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası başa çatıb.

APA-nın Naxçıvan müxbiri xəbər verir ki, iclasda gündəlikdə duran məsələlərə baxılıb.

Ali Məclisin sessiyasında 2023-cü ilin büdcəsi təsdiqlənib.

Sessiyada dotasiyadan asılılığın azaldılması istiqamətində də müzakirələr aparılıb.

Sonda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxıb edib.

12:45

Bu gün altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilir.

APA xəbər verir ki, sessiyada 25 saylı Naxçıvan şəhər Seçki Dairəsindən seçilən deputat - Seymur Talıbov və 7 saylı Aralıq Seçki Dairəsindən seçilən deputat Vasif Talıbov iştirak etmirlər.

11:03

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilir.

Sessiyanın iclasında aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri iştirak edirlər.

09:24

Bu gün altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasının iclası keçiriləcək.

Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov qərar imzalayıb.

Saat 11:00-da başlayacaq sessiyada aşağıdakı məsələlər müzakirə olunacaq:

1. 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları;

2. Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin təsdiq edilməsi;

3. Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi;

4. İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi.

Qeyd edək ki, sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunublar.