Bir neçə gün əvvəl açılışı olan Naxçıvan ASAN Vəkil Bürosu təşkilati-hüquqi formasını dəyişib.

İqtisadiyyat.az xəbər verir ki, büro qeyri-kommersiya hüquqi şəxsə çevrildiyini elan edib.

Qeyd edək ki, mayın 7-də Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan ASAN Vəkil Bürosunun açılış mərasimində iştirak edib. Mərasimdən əvvəl nümayəndə heyəti “ASAN xidmət” mərkəzində vəkil kabineti ilə tanış olub. Kollegiya sədri Anar Bağırov “ASAN xidmət” mərkəzi ilə səmərəli əməkdaşlıq edildiyini söyləyib, ASAN Vəkil Bürosunun əməkdaşlarına tövsiyələrini verib. Büroda əlverişli iş şəraiti üçün lazımi inventarlar quraşdırılıb. Vəkillərin fəaliyyəti üçün tam rahat və komfortlu şərait yaradılıb. Eyni zamanda, ASAN Vəkil Bürosu Naxçıvan "ASAN xidmət" mərkəzində də fəaliyyət göstərir.