Naxçıvan Muxtar Respublikası Ali Məclisinə qanunvericilik təşəbbüsü səlahiyyəti verilib.

İqtisadiyyat.az-ın məlumatına görə, bu barədə qərar muxtar respublikanın qanunverici orqanının avqustun 1-də keçirilən növbədənkənar sessiyasında qəbul olunub.

Həmçinin, Ali Məclis Azərbaycan Milli Məclisinə təkliflər verə biləcək.

Eyni zamanda, Ali Məclisin ildə iki dəfə - yaz və payız sessiyaları keçiriləcək.